Paşha Bank
Bank Of Baku

Zelenski: Ukrayna ilin sonunadək büdcə kəsirini aradan qaldıracaq

Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski

# 04 oktyabr 2026 01:34 (UTC +04:00)

Ukrayna ilin sonunadək mövcud büdcə kəsirini qarşılaya biləcək.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib.

“Son bir neçə ay ərzində maliyyə kəsirimiz üzərində işləyirdik. Mövcud kəsiri ilin sonunadək aradan qaldıracağıq. Hələ üzərində işləməli olduğumuz bəzi məsələlər var, amma kəsiri aradan qaldıracağıq”, – Zelenski deyib.

Onun sözlərinə görə, buna nail olmaq asan olmayıb və proses tərəfdaşlarla, xüsusilə Avropa İttifaqı ilə əməkdaşlıq şəraitində həyata keçirilib.

Zelenski Ukraynanın gələn il üçün nəzərdə tutulmuş kredit vəsaitlərinin bir hissəsindən də istifadə etməyə çalışacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR