Hacıqabulda baş verən yol qəzasında bir ailənin 3 üzvü yaralanıb - YENİLƏNİB - VİDEO

Hacıqabulda baş verən yol qəzasında bir ailənin 3 üzvü yaralanıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 08 noyabr 2015 12:49 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Hacıqabulda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün saat 13.45 radələrində Bakı-Qazax yolunun 115-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisində qeydə alınıb.

İmişli şəhər sakini Qarayev Azər Ramin oğlu idarə etdiyi “Mercedes” markalı 30 BF 223 dövlət nömrə nişanlı avtomobil yoldan çıxararaq aşıb.

Qəza nəticəsində bir ailənin 3 üzvü - İmişli rayonunun Mirili kənd sakinləri, 1964-cü il təvəllüdlü Əhmədova Yeganə İsmi qızı qapalı kəllə-beyin travması diaqnozu ilə reanimasiya, onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Əhmədov Raqub Əhməd oğlu isə travmatologiya şöbəsinə yerləşdirilib. Ailənin daha bir ailə üzvünə isə ambulator yardım göstərilib. Sürücü xəsarət almayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

***

saat 14.02

Hacıqabul. Əlibəy Zeynallı-APA. Hacıqabulda baş verən yol qəzasında bir ailənin 3 üzvü yaralanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün saat 13.45 radələrində Bakı-Qazax yolunun 115-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisində qeydə alınıb.

İmişli rayon sakininin idarə etdiyi “Mercedes” markalı avtomobili yoldan çıxararaq aşıb.

Qəza nəticəsində bir ailənin 3 üzvü xəsarət alıb. Onlar Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR