Azərbaycanda I rübdə ÜDM istehsalı 5,3% artıb

Azərbaycanda I rübdə ÜDM istehsalı 5,3% artıb
# 14 aprel 2015 12:40 (UTC +04:00)

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,0%, neft-qaz sektorunda isə 3,4% artıb.

Bu dövrdə ümumi daxili məhsulun 34,7%-i sənayedə, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 12,5%-i tikintidə, 11,9%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,2%-i nəqliyyat və anbar təsərrüfatında, 3,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 2,2%-i informasiya və rabitə xidmətlərində, 16,2%-i isə sosial və digər xidmətlər sahəsində yaradılıb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 10,2%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR