Qax rayonunda qəbiristanlıq yanıb - FOTO - VİDEO

Qax rayonunda qəbiristanlıq yanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 21 avqust 2015 16:30 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qax rayonunda qəbiristanlığında yanğın baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın bu gün saat 17.00 radələrində rayonun Qorağan kənd inzibati ərazisində yerləşən, ümumi sahəsi iki hektar olan kənd qəbiristanlığında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğının söndürülməsində kənd sakinləri də yaxından köməklik edib. Yanğın nəticəsində qəbiristanlığın 1 hektar ərazisi və qəbiristanlığa 1,5 hektar otlaq sahəsi və kol-kos yanıb. Qəbiristanlığın qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR