Ukraynanın daxili işlər naziri: “Həbslər davam edəcək”

Ukraynanın daxili işlər naziri: “Həbslər davam edəcək”
# 25 mart 2015 13:24 (UTC +04:00)

Bakı – APA. Ukraynanın daxili işlər naziri Arsen Avakov yüksək vəzifəli məmurların həbsinin davam edəcəyini bildirib. APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, A. Avakov Aqrar Sənaye və Ekologiya nazirliklərinin keçmiş rəhbərliyi barəsində təhqiqat aparıldığını deyib. O, Cənub-Qərb Dəmir Yolu İdarəsinin rəisi Aleksey Krivopoşinin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.

Xatırladaq ki, Ukrayna Nazirlər Kabinetinin bu gün keçirilən iclasında Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin rəhbəri Sergey Boçkovski ilə onun müavini Vasili Stoyetski həbs edilib. Onlar dövlət vəsaitini ofşor zonalarda açdıqları bank hesablarına köçürərək mənimsəməkdə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR