Avropa Şurası: Ukrayna Daxili İşlər Nazirliyi Maydan hadisələrinin araşdırılmasına maneələr törədib

Avropa Şurası: Ukrayna Daxili İşlər Nazirliyi Maydan hadisələrinin araşdırılmasına maneələr törədib
# 31 mart 2015 12:12 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu sözügedən qrupun sədri Nikolas Brats Maydan hadisələrinə dair hesabatı təqdim edərkən deyib.

Onun sözlərinə görə, Ukrayna Daxili İşlər Nazirliyinin araşdırma prosesinə maneələr törətməsinə dair əsaslar var. N. Brats həmçinin qeyd edib ki, istintaq orqanları arasında əlaqəli və koordinasiya edilmiş fəaliyyət olmayıb.

“Hesabatda araşdırmanın effektiv olmamasına dair kifayət qədər tənqidi məqamlar var. Hesab edirik ki, bu, ilk növbədə kadr siyasətindəki çatışmazlıqların və Ukrayna Baş Prokurorluğunun yetərli resurslara malik olmamasının nəticəsidir. Belə nəticəyə gəlmişik ki, araşdırmanın gedişi ilə bağlı hərtərəfli məlumatın verilməsini təmin etmək üçün istintaq orqanları arasında koordinasiya edilmiş siyasət olmayıb”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR