Çində binanın uçması nəticəsində 17 nəfər ölüb

Çində binanın uçması nəticəsində 17 nəfər ölüb
# 31 oktyabr 2015 07:30 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Çində binanın bərpası zamanı baş verən qəza nəticəsində 17 nəfər ölüb, 23 nəfər xəsarət alıb.

APA-nın “Associated Press”-ə istinadən verdiyi məlumata görə, hadisə ötən gün Xenan vilayətinin Uyan bölgəsində baş verib. Fəhlələr binanın bünövrəsində bərpa işləri apararkən bina uçub. Dağıntılar altından 40 nəfər çıxarılıb. Onlardan 17-si hadisə yerində ölüb. Yaralananlardan 9-nun vəziyyəti xüsusilə ağırdır.

Hadisədə təqsirli bilinən bir neçə nəfər saxlanılıb. Binanın uçmasının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR