Mərkəzi Bankın valyuta ehtiyatlarında 9 ay sonra artım müşahidə olunur

Mərkəzi Bankın valyuta ehtiyatlarında 9 ay sonra artım müşahidə olunur
# 03 iyun 2015 08:34 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) may ayı üzrə sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmini açıqlayıb.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, aprel ayı ilə müqayisədə valyuta ehtiyatları 42,9 mln. manat və ya 0,5% artaraq 8 mlrd. 430,8 mln. manata yüksəlib.

Qeyd edək ki, 2014-cü ilin avqust ayından etibarən AMB-nin valyuta ehtiyatları azalmağa başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR