Dağıstanda baş verən silahlı insident zamanı 3 nəfər ölüb

Dağıstanda baş verən silahlı insident zamanı 3 nəfər ölüb
# 04 iyul 2015 22:39 (UTC +04:00)

Bakı-APA. Dağıstanda polis əməkdaşları ilə silahlılar arasında atışma olub.

APA-nın “İnterfaks” agentliyinə istinadən xəbərinə görə, nəticədə 2 silahlı və 1 polis əməkdaşı ölüb.

Rusiyanın Milli Antiterror Komitəsinin informasiya mərkəzinin yaydığı məlumata əsasən, Kizilyurt quldur dəstəsinin iki üzvü antiterror əməliyyatı zamanı məhv edilib. Atışma nəticəsində həmçinin Rusiya DİN-in xüsusi təyinatlı dəstəsinin döyüşçüsü həlak olub.

Hazırda cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində əməliyyat davam edir. Silahlı insident zamanı mülki əhali arasında zərərçəkən olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR