Azərbaycan gömrükçüləri külli miqdarda qaçaqmal siqaret və yuyucu toz vasitəsi müsadirə edib

Azərbaycan gömrükçüləri külli miqdarda qaçaqmal siqaret və yuyucu toz vasitəsi müsadirə edib
# 13 yanvar 2016 13:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan gömrük xidmətinin əməkdaşları ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaret və yuyucu toz vasitələrinin realizə edilməsinin qarşısını alıb.

Dövlət Gömrük Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Gəncə şəhər sakini Bağırov Nazir Oqtay oğlunun idarə etdiyi 20-DH-197 dövlət nömrə nişanlı “Ford Transit” markalı nəqliyyat vasitəsi saxlanılıb.

Avtomobilə keçirilən baxış zamanı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 6016 ədəd xarici markalı siqaretlər və 423 kq yuyucu toz vasitələri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR