Beyrutda polis partlayışlarla əlaqəli dördüncü terrorçu-kamikadzeni axtarır

Beyrutda polis partlayışlarla əlaqəli dördüncü terrorçu-kamikadzeni axtarır
# 12 noyabr 2015 21:22 (UTC +04:00)

Bakı-APA, Livanın daxili təhlükəsizlik xidmətinin əməkdaşları Beyrutda üzərində partlayıcı qurğu olan və bir müddət əvvəl törədilmiş partlayışlarla əlaqəli dördüncü terrorçu-kamikadzeni axtarır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Sputnik” agentliyinə Livanın daxili təhlükəsizlik xidmətindən bildirilib. Məlumata görə, dördüncü terrorçu iki partlayış törədildikdən sonra hadisə yerindən qaçıb.

Qeyd edək ki, Beyrutunun cənub ətrafında üzərilərində partlayıcı qurğu bərkidilmiş iki terrorçu-kamikadze partlayış törədib. Partlayışlar 7 dəqiqə intervalla törədilib. Hadisə şahidləri birinci partlayışda xəsarət alanlara kömək etməyə başlayarkən ikinci partlayış törədilib. Məlumata görə, hadisə nəticəsində 37 nəfər ölüb, 180 nəfər yaralanıb.

Hadisə yerində üzərində naməlum səbəbdən işə düşməyən partlayıcı qurğunun olduğu üçüncü terrorçunun meyiti tapılıb.

Polis dördüncü partlayışlarla əlaqəli terrorçu-kamikadzeni axtarır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR