"Akkord Beton"un rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılıb

"Akkord Beton"un rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılıb
# 22 sentyabr 2016 07:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Akkord Beton" MMC-nin rəhbəri Uğur Babayevin ölkədən getmə hüququ məhdudlaşdırılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin açıqladığı məlumatda deyilir.

Bildirilir ki, "Akkord Beton" MMC vergi borcu olan vergi ödəyicilərin siyahısında yer alıb. Bu səbəbdən hüquqi şəxsin icra orqanının rəhbəri kimi U. Babayevin ölkədən getmə hüququ məhdudlaşdırılıb.

Vergi ödəyicisinin borcu açıqlanmayıb.

Qeyd edək ki, "Akkord Beton" MMC "Akkord" korporasiyasının törəmə müəssisəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR