BŞH: Formula 1 yarışları ilə əlaqədar tikilən obyektlər müvəqqətidir

BŞH: Formula 1 yarışları ilə əlaqədar tikilən obyektlər müvəqqətidir
# 13 may 2016 08:51 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “2016-cı il Formula 1 Avropa Qran Prisi ilə əlaqədar tikilən obyektlər müvəqqətidir”. Bu barədə Bakı Şəhər Halqasından (BŞH) APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Formula-1 Avropa Qran Prisi üçün Bakının Azadlıq meydanında tikilən obyektlər söküləcək və gələn il keçiriləcək yarışa qədər anbarda saxlanacaq, 2017-ci ilin yarışından öncə isə yenidən qurulacaq.

Qeyd edək ki, Formula 1 Avropa Qran Prisinə bu il iyunun 19-da Bakıda yerli vaxtla saat 18.00-da start veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR