Fevralın 7-si gündüzdən 8-i səhərədək hava qeyri-sabit keçib, qar yağıb, bəzi yerlərdə intensiv olub

Fevralın 7-si gündüzdən 8-i səhərədək hava qeyri-sabit keçib, qar yağıb, bəzi yerlərdə intensiv olub
# 08 fevral 2016 10:25 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Fevralın 7-si gündüzdən 8-i səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi fevralın 7-si gündüzdən 8-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağıntılı olub, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub, güclü şimal-qərb küləyi əsib. Abşeron yarımadasında və bəzi rayonlarda küləyin sürəti 20-30 m/s-dək güclənib.

Düşən yağıntının miqdarı Bakı və Abşeron yarımadasında 1-6, Lənkəran-Astara zonasında 2-19, Astarada 30, Böyük Qafqazda 1-15, Mərkəzi-Aran rayonlarında 1-21, Naxçıvan MR-da 1-13, Qazax-Gəncə zonasında 5-12, Kiçik Qafqazda 8-12 mm təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR