Bakıda mənzildə yanğın olub

Bakıda mənzildə yanğın olub
# 23 yanvar 2016 22:56 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 1 otaqlı mənzildə baş verib. Nəticədə mənzildə 1 ədəd divan və yataq dəsti yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR