“DəmirBank” yeni təmassız “MasterCard PayPass” kartlarını təqdim edib - FOTOSESSİYA

“DəmirBank” yeni təmassız “MasterCard PayPass” kartlarını təqdim edib - <span style="color: red;">FOTOSESSİYA
# 01 dekabr 2015 15:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “DəmirBank” hər zaman olduğu kimi müştərilər üçün innovativ məhsul və xidmətlərin tətbiq edilməsini davam etdirir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “DəmirBank” belə yeniliklərdən biri kimi təmassız kartlarını istifadəyə verib. Məhsulun ilk təqdimatı innovasiyalara daim dəstək olması ilə seçilən Azərbaycan Mərkəzi Bankına edilib. Təqdimatda Mərkəzi Bankın 100-ə yaxın əməkdaşları iştirak edib.

Təqdimatın birinci hissəsində “DəmirBank”ın Marketinq Araşdırmaları şöbəsinin müdiri Ceyhun Hacıbəyli Bankın yeni məhsulu olan “MasterCard PayPass” təmassız ödəniş kartları haqda məlumat verib. Qeyd edək ki, “DəmirBank” Azərbaycanda bu xidmətə qoşulan birinci banklardandır və bu kartlar ilk olaraq Mərkəzi Bankın əməkdaşlarına təqdim olunub. Hazırda ölkəmizdə təmassız ödəniş terminallarının sayı məhdud olsa da, gələcəkdə saylarının artırılması nəzərdə tutulub. Yaxın günlərdə bu növ terminallardan daha bir neçəsi “DəmirBank” tərəfindən KFC restoranlar şəbəkəsində də müştərilərin xidmətinə veriləcək.

Bununla yanaşı, təqdimatda yeni əmək haqqı hesablarının üstünlükləri haqda da məlumat verilib. Qeyd olunub ki, bu üstünlüklərə bir neçə xidmətin vahid hesabdan idarə olunması, maliyyə planlaması alətləri, overdraft və preavtorizasiya, hesaba 5 kartın bağlanması və s. imkanlar daxildir. Bu yaxınlarda istifadəyə veriləcək İnternet və Mobil Bançılıq xidmətləri üzərindən müştərilər bütün yeniliklərdən rahatlıqla istifadə edə biləcəklər.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi : (012) 149

http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR