Yol” jurnalının 10 illik yubileyi qeyd olunub

Yol” jurnalının 10 illik yubileyi qeyd olunub
# 17 may 2016 08:12 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Xalça Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə elmi-kütləvi “Yol” jurnalının 10 illik yubiley tədbiri və jurnalın fotoqrafı Emil Xəlilovun “Təbiətin çalarları” adlı fərdi fotosərgisi keçirilib. APA-nın məlumatına görə, nəşrin təsisçisi Lalə Kazımova on il ərzində jurnalın əhatə etdiyi mövzulardan söhbət açıb.

L. Kazımova qeyd edib ki, bu müddətdə jurnalın 56 nömrəsi çap edilib: “Bu nömrələrdə yer alan elmi-kütləvi, bədii, publisistik, memuar xarakterli materiallarda ölkəmizin keçmişinə və bu gününə işıq salınıb. Bununla yanaşı, jurnalda müntəzəm olaraq xarici ölkələr və şəhərlər, onların tarixi, mədəniyyəti haqqında da məqalələr dərc edilib”.

Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov jurnalın kollektivini təbrik edib, jurnal haqqında fikirlərini bölüşüblər.

Mərasimdə “Yol” jurnalının kollektivini Mətbuat Şurasının Fəxri diplomu ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR