SOCAR neft hasilatını 10% azaldıb

SOCAR neft hasilatını 10% azaldıb
# 19 aprel 2016 11:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin mart ayında SOCAR tərəfindən 646,2 min ton neft hasil edilib.

"APA-Economics" SOCAR-ın açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, 2015-ci ilin mart ayı ilə müqayisədə 9,9% azdır. Bu ilin fevral ayı ilə müqayisədə isə SOCAR neft hasilatını 6,81% artırıb.

Birinci rübdə SOCAR tərəfindən 1 mln. 898,2 min ton neft hasil edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 8,36% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 647 min ton, fevral ayında isə 605 min neft hasil edilib.

Bu ilin mart ayı ərzində ölkə üzrə 3 649,7 min ton neft hasil edilib ki, bu da daha əvvəlki ilin eyni ayı ilə müqayisədə 1,94% çoxdur. Bu ilin fevral ayı ilə müqayisədə isə bu rəqəm 9,29% çoxdur.

Bu ilin yanvar-mart aylarında Azərbaycanda ümumilikdə 10 507,2 min ton neft hasil edilib ki, bu da 2015-ci ilin yanvar-mart ayları ilə müqayisədə 1,64% azdır

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 518,2 min ton, fevral ayında isə 3 339,3 neft hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR