PKK Şanlıurfada polis idarəsini atəşə tutub, bir hərbçi həlak olub

PKK  Şanlıurfada polis idarəsini atəşə tutub, bir hərbçi həlak olub
# 05 oktyabr 2016 02:37 (UTC +04:00)

Bakı-APA TV. PKK Türkiyənin Şanlıurfa bölgəsində polis idarəsini atəşə tutub. APA TV-nin Türkiyə saytlarına istinadən məlumatına görə, baş verən atışmada bir hərbçi ağır yaralanıb.

Hadisə Mardin Viranşəhər yolunun Karakuzu qəsəbəsində qeydə alınıb. Terrorçuların hücumu cavab atəşi ilə dəf edilib.

Ağır yaralı olan hərbçi xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkünsüz olub.

Bölgədə antiterror əməliyyatları genişləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR