Suriya müxalifəti danışıqlardan əvvəl rəsmi Dəməşqə bir sıra tələblər irəli sürüb

Suriya müxalifəti danışıqlardan əvvəl rəsmi Dəməşqə bir sıra tələblər irəli sürüb
# 06 yanvar 2016 03:42 (UTC +04:00)

Bakı-APA. Suriyanın müxalifət liderləri BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Misturaya rəsmi Dəməşqin etimadın artırılması istiqamətində addımlar atmasının lazım olduğunu bildiriblər. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Suriyanın müxalifət liderləri rəsmi Dəməşqdən danışıqlara başlamazdan əvvəl həbs edilənlərin azadlığa buraxılmasını və dinc əhalinin yaşadığı ərazilərə zərbələrin endirilməməsini, üsyançıların nəzarəti altında olan ərazilərin blokadasına son qoyulmasını tələb ediblər.

Agentliyin məlumatına görə, müxalifət liderlərinin müzakirəyə çıxardığı tələblər BMT Təhlükəsizlik Şurasının dekabrın 18-də qəbul etdiyi qətnaməyə uyğundur. Bu qətnamə Suriya böhranının dinc yolla nizamlanma prosesinin beynəlxalq “yol xəritəsi”ni dəstəkləyib.

Qətnaməyə əsasən, müxalifət-hökumət danışıqlarının təşkil edilməsi qərara alınıb. Suriya müxalifəti və hökuməti altı ay ərzində milli birlik hökumətinin formalaşdırılmasına dair razılığa gəlməli, 18 ay ərzində isə ölkədə yeni konstitusiyaya dair səsvermə keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR