Kerri: "ABŞ və Rusiyanın birgə planı Suriyanı xilas etmək üçün son şansdır"

Kerri: "ABŞ və Rusiyanın birgə planı Suriyanı xilas etmək üçün son şansdır"
# 12 sentyabr 2016 22:31 (UTC +04:00)

Bakı-APA. Suriyada münaqişənin nizamlanmasına dair ABŞ və Rusiyanın birgə planı ölkəni xilas etmək üçün son şansdır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri bəyan edib.

“Mən bütün tərəfləri bu planı dəstəkləməyə çağırıram. Çünki bu vahid Suriyanı xilas etmək üçün bəlkə də, son şansdır. Əldə edilən razılaşma yaxın günlərdə ciddi sınaqdan keçəcək. Buna baxmayaraq güman edirəm ki, onun yerinə yetirilməsinə şans var”, deyə C.Kerri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR