Yevlaxda çimərkən boğulan şəxsin kimliyi müəyyənləşib - YENİLƏNİB

Yevlaxda çimərkən boğulan şəxsin kimliyi müəyyənləşib - <span style="color: red;">YENİLƏNİB
# 19 iyul 2016 10:07 (UTC +04:00)

Yevlax. Ziya Əmirxanlı - APA. Yevlaxda çimərkən boğulan şəxsin kimliyi müəyyənləşib.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, 1983-cü il təvəllüdlü Budaq Abdullayevin axtarışları davam edir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. 3 uşaq atası B. Abdullayevin axtarışları davam edir.

***

08:47

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yevlax rayonu, Kür çayında 1 nəfərin batması barədə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanıb. Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR