Adil Əliyev: “Hər birinizi doğru seçim etməyə çağırıram” - FOTO

Adil Əliyev: “Hər birinizi doğru seçim etməyə çağırıram” - <span style="color: red;">FOTO
# 21 oktyabr 2015 15:29 (UTC +04:00)

Namizədin Seçki Qərargahından APA-ya verilən məlumata görə, izdihamlı şəraitdə baş tutan görüşdə rayon ziyalıları, ağsaqqalları, eyni zamanda gənclər iştirak ediblər.


Deputatlığa namizəd Adil Əliyev bildirib ki, görüşlərin əsas məqsədi seçicilərin tövsiyyələrini, fikirlərini dinləməkdir: “Mən hər zaman sizlərin problemlərini dinləyir, həllinə çalışıram. Bundan sonra da məni özünüzün deputatı seçsəniz, etimad göstərsəniz bu istiqmaətdə fəaliyyətimi davam etdirəcəyəm. Elə namizədlər var ki, sizə fantastik vədlər verirlər, amma mən vəd vermirəm, mən deputat səlahiyyətim çərçivəsində sizlər üçün əlimdən gələni etməyə çalışıram və yenidən seçiləcəyim təqdirdə sizlərin yardımçısı olacağam”.

Adil Əliyev onu da bildirib ki, növbəti parlament seçkilərində də xalq öz düzgün seçimini edəcək: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bütün sahələrinin dinamik inkişafı, hüquqi əsaslara söykənən dövlətçiliyimizin daha da qüdrətlənməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində görüləcək işlər üçün möhkəm və sarsılmaz zəmin yaranacaq. Bunun üçün hər birimiz əsası Ümummilli Liderimiz Heydər Əliyevin dövlətçilik ənənələrinə və demokratik dəyərlərinə sadiqlik nümayiş etdirməli, bütün qüvvə və bacarığımızı xalqımızın rifah halının daha da yaxşılaşması və tərəqqisinə həsr etməli, Azərbaycanımızın yeni zirvələrə yüksəlməsinə çalışmalıyıq. Qüdrətli dövlət, sarsılmaz dövlətçilik, Qarabağ probleminin həlli bizim fəaliyyətimizin əsas amalı olmalıdır”.

Deputatlığa namizəd seçiciləri 1 noyabrda seçki məntəqələrinə getməyi, seçki prosesində fəal olmağa çağırıb: “Problemlərinizin həlli seçkilərdə fəal olmaqdan, sıx birlikdən keçir. Hər birinizi doğru seçim etməyə çağırıram”.

Adil Əliyev son olaraq onu da əlavə edib ki, o müstəqil şəkildə namizədliyini irəli sürüb və heç bir partiyanın üzvü deyil: “Dövlətçiliyimizin qorunması, dövlətçiliyimizin inkişafında müstəsna xidməti olan cənab Prezidentin dəstəklənməsi mənim başlıca fəaliyyət istiqamətimdir. Azərbaycan dövləti, Azərbaycan Prezidenti ilə fəxr edirik”.

Daha sonra Respublika Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, ehtiyatda olan polkovnik Şəmsəddin Əliyev çıxış edərək bildiriblər ki, deputatlığa ən layiqli insanlardan biri də Adil Əliyevdir: “Biz bütün seçiciləri ən layiqli namizəd, dəyərli Adil Əliyevə səs verməyə çağırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR