AMİP sədrinin səlahiyyətlərini Arzuxan Əlizadə icra edəcək

AMİP sədrinin səlahiyyətlərini Arzuxan Əlizadə icra edəcək
# 15 oktyabr 2015 13:19 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sabiq sədri Yusif Bağırzadənin istefa ərizəsi qəbul olunub.

APA-nın məlumatına görə, ərizəyə Siyasi Şuranın iclasında baxılıb. Şura Y. Bağırzadənin səhhəti ilə əlaqədar sədrlikdən və partiyadan istefa verməsi barədə ərizəsini təsdiqləyib. Onun səlahiyyətləri yeni sədrin seçilməsinə qədər partiyanın baş katibi Arzuxan Əlizadəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR