BANM və Moskva Fiziki-Texniki İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə edilib - FOTO

BANM və Moskva Fiziki-Texniki İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə edilib - <span style="color: red;">FOTO
# 20 noyabr 2015 08:07 (UTC +04:00)

Bakı-APA. Moskva Fiziki-Texniki İnstitutunun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Anna Derevnina Bakı Ali Neft Məktəbində (BANM) olub.

BANM ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, Bakı Ali Neft Məktəbinin tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Ramiz Hümbətov qonağa ali məktəb haqqında danışıb, bu ali təhsil müəssisəsinin 2011-ci ildə prezident İlham Əliyevin fərmanı ilə SOCAR-ın tərkibində yaradıldığını deyib. Azərbaycanda neft sənayesinin inkişafından, SOCAR-ın biznes fəaliyyətinin xarici ölkələrdə genişlənməsindən söz açan prorektor Ali Məktəbin əsas məqsədinin neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar mühəndis kadrların hazırlanması olduğunu bildirib. O, Ali Məktəbdə təhsilin ödənişsiz olduğunu vurğulayıb və tədrisin ingilis dilində aparıldığını diqqətə çatdırıb. Ramiz Hümbətov bildirib ki, BANM-də tədris Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirilir. O, həmçinin fənlər üzrə yekun imtahan nəticələrinin Heriot-Vatt Universitetinin professorları tərəfindən qiymətləndirildiyini qonağın diqqətinə çatdırıb. Hər il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanında ən yüksək bal toplayan tələbələrin BANM-i seçdiyini deyərək, Prezident təqaüdçüsü adını qazanan tələbələrin sayının da yüksələn xətt üzrə getdiyini bildirib. Bu tədris ilində I qrup üzrə Prezident təqaüdünü qazanan 25 tələbədən 17-nin BANM-in tələbəsi olduğuna diqqət çəkib. Ali Məktəbin kampusu haqqında söz açan prorektor orada tələbələr üçün yaradılan şəraitdən danışıb. Ramiz Hümbətov tələbələrin SOCAR, Total, BP, Schlumberger, Emerson, Schneider Electric, Halliburton, Statoil kimi bir sıra transmilli şirkətlərdə istehsalat təcrübəsi keçməsindən də söz açıb, BANM-in Moskva Fiziki-Texniki İnstitutu ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Anna Derevnina Azərbaycanda ilk dəfə olduğunu, Bakıda keçirilən Azərbaycan-Rusiya Universitetlərarası Forumunda iştirak etmək üçün ölkəmizə səfər etdiyini deyib. O, təmsil etdiyi ali təhsil müəssisəsinin fəaliyyət sahələri haqqında geniş məlumat verərək, birgə proqramların və layihələrin həyata keçirilməsinin mümkünlüyü ilə bağlı fikirlərini bölüşüb, BANM-in rəhbərliyini təmsil etdiyi ali təhsil müəssisəsinə dəvət edib.

Görüşdə, eyni zamanda, əlaqələrin qurulması üçün qarşılıqlı əməkdaşlıq, müəllim və tələbə mübadiləsi, o cümlədən digər məsələlər ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR