“Sədərək” Ticarət Mərkəzində yanğın söndürülüb - YENİLƏNİB

“Sədərək” Ticarət Mərkəzində yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 24 sentyabr 2016 10:18 (UTC +04:00)

Bakı – APA. “Sədərək” ticarət mərkəzində yanğın nəticəsində ümumi sahəsi 1200 m² olan 1 korpusun dam örtüyü 45 m², sahibləri məlum olmayan ümumi sahəsi 40 m² olan 4 ədəd geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

APA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yer alan məlumatda deyilir.

Bildirilir ki, yüksək temperaturdan ümumi sahəsi 39 m olan 3 ədəd mağazanın lambirdən ibarət tavanı əriyib. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

*** 09.58

Bakı - APA. Bakının Qaradağ rayonunda “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğının qarşısı alınıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında başlayan yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

***

saat 09.14

Bakı. Hafiz Heydərov - APA. “Sədərək” Ticarət Mərkəzində yanğın baş verib.

Şahidlərin APA-ya verdiyi məlumata görə, yanğın mağazalardan birində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, yanğın lokallaşdırılıb.

Yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR