İstanbulda 5 min polisin iştirakı ilə əməliyyat keçirilir

İstanbulda 5 min polisin iştirakı ilə əməliyyat keçirilir
# 01 oktyabr 2016 01:39 (UTC +04:00)

Bakı-APA. İstanbulun 39 rayonunda əməliyyat keçirilir.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, əməliyyata müxtəlif güc strukturlarının 5 mindən çox əməkdaşı qatılıb.

Genişmiqyaslı reyd terror, narkotik və mütəşəkkil cinayətkarlıqla bağlı keçirilir.

Şəhərdə şübhəli maşın və şəxslər saxlanılır. Əməliyyata havadan helikopterlər dəstək verir. Dəniz polisi də əməliyyata qoşulub. Dənizdə özəl qayıq və yaxtalar saxlanılaraq, yoxlanılır.

Əməliyyata İstanbul polisinin Təhlükəsizlik Müdiri Mustafa Çalışqan rəhbərlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR