Nazim İbrahimov Bolqarıstan prezidenti ilə görüşüb

Nazim İbrahimov Bolqarıstan prezidenti ilə görüşüb
# 19 sentyabr 2016 16:33 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Nyu-Yorkda keçirilən “Concordia” sammiti çərçivəsində Bolqarıstan prezidenti Rosen Plevneliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvlərini qəbul edib. Görüşdə Serbiyanın sabiq prezidenti Boris Tadiç, Bolqarıstanın eks-prezidenti Peter Stoyanov, Bosniya və Herseqovinanın keçmiş baş naziri Zlatko Lagumdziya və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iştirak edib.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti müzakirə olunub. Bu ilin noyabr ayında Bosniya və Herseqovinada bir sıra dövlət başçılarının, o cümlədən R. Plevneliyevin iştirakı ilə keçiriləcək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX ali səviyyəli toplantısı ilə bağlı fikir mübadiləsi aparılıb. V Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyan ali səviyyəli toplantının əhəmiyyəti vurğulanıb. Daha sonra Bolqarıstan prezidenti ilə V Qlobal Bakı Forumuna hazırlıq məsələləri və forumun işini təşkil edəcək mövzular geniş müzakirə edilib.

İki gün davam edəcək sammit çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üzvlərindən ibarət nümayəndə heyətinin digər rəsmi şəxslər və nüfuzlu siyasətçilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR