Ən aktiv və ən passiv seçki dairələri açıqlanıb

Ən aktiv və ən passiv seçki dairələri açıqlanıb
# 26 sentyabr 2016 18:48 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Referendumda ən aktiv və ən passiv seçki dairələri açıqlanıb.


APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

Ən aktiv seçki dairəsi 75 saylı Lənkəran-Masallı Seçki Dairəsidir ki, burada 38654 seçicidən 30493-ü səs verib. Bu isə qeyd olunan dairədə 78,89% seçici fəallığı deməkdir.

Ən passiv seçki dairəsi isə 26 Saylı Sabunçu Birinci Seçki Dairəsi olub. Burada 49268 seçicidən yalnız 27442-si səs verib. Beləliklə, bu dairədə 55,70% seçici fəallığı qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR