Daha bir ölkə İranla diplomatik əlaqələri kəsib

Daha bir ölkə İranla diplomatik əlaqələri kəsib
# 04 yanvar 2016 13:08 (UTC +04:00)

Bakı - APA. Bəhreyn İranla diplomatik əlaqələri kəsib.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Bəhreyn İran diplomatlarına ölkə ərazisini tərk etmək üçün 48 saat vaxt verib.

Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.

Onu da əlavə edək ki, Bəhreyn İranla diplomatik əlaqələri kəsdiyini bəyan etdikdən sonra Birləşmiş Ərəb Əmirlikləri Tehranla diplomatik təmsilçilik səviyyəsini aşağı saldığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR