Avropa İttifaqı anti-Rusiya sanksiyalarının müddətini uzadacaq

Avropa İttifaqı anti-Rusiya sanksiyalarının müddətini uzadacaq
# 07 mart 2016 11:49 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Avropa İttifaqının (Aİ) Rusiya və Ukrayna vətəndaşlarına qarşı tətbiq etdiyi sanksiyalar sentyabrın 15-dək uzadılacaq.

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə diplomatik mənbədən məlumat verilib.

"Avropa İttifaqı Şurası Rusiya və Ukrayna vətəndaşlarına münasibətdə sanksiyaları müzakirələrsiz sentaybrın 15-dək uzadacaq”, - deyə mənbə bildirib

Mənbənin məlumatına görə, sanksiyalar siyahısına 146 fiziki, 37 hüquqi şəxs daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR