Dənizkənarı Milli Parkda intihara cəhdin qarşısı alınıb

Dənizkənarı Milli Parkda intihara cəhdin qarşısı alınıb
# 14 dekabr 2015 18:02 (UTC +04:00)

Bakı - APA. Dənizkənarı Milli Parkda intihara cəhd olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb və boğulmaq təhlükəsi ilə üzləşib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və vətəndaş xilas edilib. Əməliyyat saat 19:57-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR