Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

 Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb
# 25 dekabr 2015 10:05 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Gündüz cənub-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-15, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə dekabrın 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR