Sergey Lavrov: "Avropa İttifaqı üzvlərinin əksəriyyəti Ukraynaya görə Rusiya ilə ziddiyyətə getməyi səhv hesab edirlər"

Sergey Lavrov: "Avropa İttifaqı üzvlərinin əksəriyyəti Ukraynaya görə Rusiya ilə ziddiyyətə getməyi səhv hesab edirlər"
# 28 dekabr 2015 09:22 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Avropa İttifaqı üzvlərinin əksəriyyəti Ukraynaya görə Rusiya ilə ziddiyyətə getməyi yanlış hesab edir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Zvezda" kanalına müsahibəsində deyib.

"Onların tribunalardan hərdən səsləndirdikləri fikirlərlə təkbətək söhbətlərdə dedikləri bir-birinə ziddir. Təklikdə Avropa İttifaqı üzvlərinin əksəriyyətinin mənə dediklərini ağlabatan hesab edirəm. Ukrayna Avropa İttifaqının “ya bizi, ya da Rusiyanı seçməlisən” siyasətinin qurbanı oldu. Moskva isə bununla məşğul olmayıb. Onlar Ukraynada silahlı dövlət çevrilişi etdilər. İndi isə deyirlər ki, Minsk razılaşmasının tələblərini yerinə yetirmək lazımdır, o zaman biz normal qarşılıqlı fəaliyyət göstərməyə, strateji tərəfdaşlığa qayıda bilərik. Lakin onlar hamısı bir yerə toplaşanda və tribundan danışanda bunu səsləndirə bilmirlər", - deyə Rusiya XİN başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR