Rusiyanın Çelyabinsk vilayətinin sakini 4 nəfəri qətlə yetirib

Rusiyanın Çelyabinsk vilayətinin sakini 4 nəfəri qətlə yetirib
# 02 yanvar 2016 09:12 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın Çelyabinsk vilayətində baş verən mübahisə zamanı 4 nəfər öldürülüb, daha bir nəfər yaralanıb.

APA-nın məlumatına görə, hadisə Miasskom kəndində baş verib. Yaxından tanımadıqları şəxsin evinə gələn 5 nəfərlə ev sahibi arasında mübahisə düşüb.

Mübahisə sonradan davaya çevrilib və ev sahibi ov silahından atəş açıb. Aralarında 1989-cu il təvəllüdlü bir qadın olmaqla 4 nəfər ölüb. Əlindən yaralanan bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisədə təqsirli bilinən 31 yaşlı ev sahibi saxlanılıb. Onun atəş açdığı qeydiyyatlı “Mossberq” markalı ov silahı hadisə yerindən götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR