Elmar Məmmədyarov Mövlud Çavuşoğluna başsağlığı məktubu göndərib

Elmar Məmmədyarov Mövlud Çavuşoğluna başsağlığı məktubu göndərib
# 13 yanvar 2016 10:51 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna başsağlığı məktubu göndərib.

Nazirlikdən APA-ya verilən məlumata görə, o, İstanbul şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı həmkarına başsağlığı verib.

Nazir məktubda xəbərdən sarsıldığını və baş vermiş faciə ilə əlaqədar həmkarının kədərini bölüşdüyünü bildirib, terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək xəsarət alanlara Allahdan şəfa diləyib. E. Məmmədyarov Azərbaycanın terrordan əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR