Ağcabədidə 4 ay əvvəl itkin düşmüş şəxsi qətlə yetirənlər tutulublar

Ağcabədidə 4 ay əvvəl itkin düşmüş şəxsi qətlə yetirənlər tutulublar
# 16 fevral 2016 10:28 (UTC +04:00)

Ağcabədi. Ziya Əmirxanlı -APA. Ağcabədidə ötən ilin oktyabrında törədilən qətlin üstü açılıb. Rayon prokurorluğunun əməkdaşı Rauf Məmmədovun APA-ya verdiyi məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində ötən il oktyabrın 17-də itkin düşən və bir müddət sonra meyiti Qarabağ kanalından tapılan Ağcabədi rayon sakini İsmayılov Valeh Qanboy oğlunun qətlə yetirildiyi məlum olub. Qətli törətməkdə şübhəli bilinən Salahov Xəyyam Abdulla oğlu və Məmmədov Namiq Qurban oğlu saxlanılıblar.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qətli törədən şəxslərin qəssablıqla məşğul olduğu bildirilir.

Qeyd edək ki, Ağcabədidə “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan 1956-cı il təvəllüdlü V. İsmayılov oktyabrın 17-də saat 07:40 radələrində evdən çıxıb və geri qayıtmayıb. Bununla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən axtarış elan olunub. Bir neçə gün sonra V. İsmayılovun meyiti Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR