Rusiya Böyük Dram Teatrı Rus Dram Teatrının səhnəsində çıxış edib

Rusiya Böyük Dram Teatrı Rus Dram Teatrının səhnəsində çıxış edib
# 22 dekabr 2015 14:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. G.A.Tovstonoqov adına Rusiya Böyük Dram Teatrı Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində çıxış edib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, səfər “Böyük qastrollar-2015" çərçivəsində baş tutub.

Kollektiv Rus Dram Teatrının səhnəsində Fyodr Dostoyevskinin “Dayının yuxusu” povesti əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib.

Teatrın Bakıya ilk qastrol səfəri Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.

Rusiyanın xalq artisti, rejissor Timur Çxeidzenin hazırladığı tamaşada SSRİ xalq artistləri Alisa Freyndlix və Oleq Basilaşvili, xalq artisti Yelena Popova, əməkdar artistlər Yevqeni Çudakov, Mariya Lavrova, Sergey Qaliç və digərləri rol alıb.

Qeyd edək ki, “Dayının yuxusu” Rusiya Böyük Dram Teatrının “qızıl fondu”na daxil olan tamaşadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR