Fransız-Azərbaycan Universitetinin binasının yeri müəyyənləşib

Fransız-Azərbaycan Universitetinin binasının yeri müəyyənləşib
# 07 oktyabr 2016 13:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu il Azərbaycanda yeni yaradılan Fransız-Azərbaycan Universitetinin (UFAZ) binasının yeri müəyyənləşib.

Azərbaycan Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı deyib ki, UFAZ ADNSU-nun Nizami 183 ünvanında yerləşən 3-cü tədris korpusuna köçürüləcək.

Onun sözlərinə görə, hazırda binanın təmiri Təhsil Nazirliyinin ümumi nəzarəti altında dövlət səviyyəsində həyata keçirilir. Rektor vurğulayıb ki, yeni binanın növbəti tədris ili üçün istifadəyə verilməsi nəzərdə tutulub: “Bundan sonra hazırda UFAZ-ın fəaliyyət göstərdiyi korpusa universitetin İngilis dili bloku yerləşdiriləcək. Hazırda UFAZ-ın rəhbərliyini də mən edirəm. Təhsil Nazirliyi ilə bu məsələdə müəyyən danışıqlar olub. Bu günlərdə yekun qərar açıqlanacaq. İstənilən halda UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR