“Unibank” “İNG Group”dan 20 milyon dollar həcmində kredit alıb

“Unibank” “İNG Group”dan 20 milyon dollar həcmində kredit alıb
# 10 noyabr 2015 13:18 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Dünyanın tanınmış maliyyə qurumlarından olan “İNG Group” “Unibank”a 20 mln. dollar həcmində kredit ayırıb.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, vəsait biznes layihələrinin maliyyələşdirilməsinə və ölkə iqtisadiyyatında real sektorun inkişafına yönəldiləcək.

Qeyd edək ki, ölkə bank sektorunun liderlərindən olan “Unibank”ın fəaliyyəti beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Bu günlərdə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi bankın reytinqini əvvəlki səviyyədə təsdiqləyib. Beynəlxalq agentliyin dəyərləndirməsinə görə, bankın bu il üçün də reytinqi B “stabil”dir. “Fitch” mütəxəssislərinin fikrincə, reytinqin əvvəlki həddə saxlanılması bankın göstəriciləri ilə bağlıdır.

Xatırladaq ki, “Fitch Ratings” agentliyi “Unibank”ın reytinqini yüksəldən zaman, kredit portfelinin artımını, yüksələn gəlirliliyi, korporativ idarəetmədə müsbət təcrübəsini və daha çox şəffaflıq nümayiş etdirməsini əsas götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR