Türk Şurasının baş katibi Qətərin mədəniyyət və idman naziri ilə görüşüb

Türk Şurasının baş katibi Qətərin mədəniyyət və idman naziri ilə görüşüb
# 17 may 2016 18:06 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. Beynəlxalq səviyyəli görüşlər keçirmək üçün Qətərdə səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Ramil Həsənov, paytaxt Dohada ölkənin mədəniyyət və idman naziri Bin Qənim əl-Əli görüşüb. Türk Şurasının İstanbulda yerləşən baş qərargahından APA-nın Türkiyə bürosuna daxil olan məlumata görə, baş katib Ramil Həsənov görüşdə Türk Şurasının, xüsusilə, idman sahəsindəki fəaliyyəti barədə Qətərin idman nazirinə ətraflı məlumat verib. Ramil Həsənov qətərli naziri 3-8 sentyabr tarixlərində Qırğızıstanda keçiriləcək II Dünya köçəri oyunlarının açılış mərasiminə dəvət edib. Qətərli nazir Türk Şurasının baş katibindən Gənclik festivallarında və Universiadalarda iştirak etmək üçün də dəvət alıb.

Qətərin mədəniyyət və idman naziri Bin Qənim əl-Əli, Türk Şurasının təşkil etdiyi bütün idman və mədəniyyət tədbirlərinə yaxından maraq göstərəcəklərini vurğulayıb. Qətərli nazir Qırğızıstanda təşkil ediləcək II Dünya köçəri oyunların açılış mərasimində iştirak edəcəyini vəd edib.

Görüşdə Türk Şurasının proqram direktoru Əli Çivilər və protokol müdiri Əmrə Yurdaqul da iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR