Quba-Xaçmaz yolunda maşın ağaca çırpılıb, ölən var

Quba-Xaçmaz yolunda maşın ağaca çırpılıb, ölən var
# 26 noyabr 2015 20:27 (UTC +04:00)

Quba. Vəli Turan-APA. Bu gün Quba-Xaçmaz yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza yolun Zərdabi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 90 MC 745 dövlət nömrə nişanlı Niftəliyev Vasif Abdulla oğlunun idarə etdiyi “VAZ 2107” markalı maşın ağaca çırpılıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR