Azərbaycan Sankt Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunur

Azərbaycan Sankt Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunur
# 15 dekabr 2015 14:09 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan IV Sankt Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, forumun baş qərargahı olan Ermitaj Atriumda keçirilən açılışda Vladimir Putin, UNESCO-nun baş direktoru İrina Bokova, Rusiya Muzeylər Assosiasiyasının prezidenti, Ermitaj Muzeyinin direktoru Mixail Piotrovski, Rusiyanın mədəniyyət naziri Vladimir Medinski iştirak edib.

Forumda Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

UNESCO-nun 70 illik yubiley mərasiminə həsr olunan tədbirin əsas müzakirə mövzusu mədəni irsin qorunması, müasir dünya və mədəni həyatın inkişaf məsələləri olub.

Qeyd edək ki, 3 gün davam edəcək tədbirdə iştirakçılar şəhərin 82 müxtəlif yerlərində keçiriləcək 250-dən çox mədəni hadisənin iştirakçısı olacaq.

Tədbirdə 40-dan çox ölkənin mədəniyyət naziri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR