"YapıKredi Bank Azerbaijan" aktivlərini 7% artırıb

"YapıKredi Bank Azerbaijan" aktivlərini 7% artırıb
# 30 noyabr 2015 10:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "YapıKredi Bank Azerbaijan"ın aktivlərinin həcmi 2015-ci ilin III rübündə 365,715 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,69% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 3,15% azalaraq 241,514 mln. manat olub. O cümlədən, istehlak kreditlərinin həcmi 85,033 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 9,90% azdır.

İpoteka kreditlərinin həcmi isə, 12,037 mln. manat təşkil edib ki, bu, 2014-cü il oktyabrın 1-nə nisbətən 34,57% çoxdur və kreditlərin 1,969 mln. manatı (16,36%) ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bankın depozit portfeli 2015-ci ilin yanvar-sentyabr ayları ərzində 12,7% azalaraq 143,179 mln. manata düşüb. Əhalinin əmanətlərinin həcmi isə 49,883 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 39,17% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 5,96% azalaraq 59,982 mln. manat olub, nizamnamə kapitalı dəyişməyərək 46 mln. 810,7 min manat təşkil edib.

Bankın gəlirləri, xərcləri və mənfəət göstəricilərini açıqlamayıb.

Hazırda bankın ölkə üzrə 15 filialı, 26 bankomatı, 2936 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR