Bakıda yaşayış evi yanıb

Bakıda yaşayış evi yanıb
# 08 dekabr 2015 05:53 (UTC +04:00)

Bakı-APA. Bu gecə Bakı şəhərində yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 40 kv.m və dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR