Şamaxıda avtomobil yolu su altında qalıb

Şamaxıda avtomobil yolu su altında qalıb
# 04 aprel 2016 17:18 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Şamaxı rayonunun Çuxuryurd kəndində avtomobil yolu yağan yağışlar nəticəsində su altında qalıb.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nəticədə Dədəgünəş və Çağan kəndlərinə gedən avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb.

Dərhal Mülki Müdafiə Qoşunlarının müvafiq bölmələri hadisə yerinə cəlb olunub və su çəkmə işlərinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR