Gürcüstanda 25 yaşlı azərbaycanlının üzərində psixotrop maddə aşkarlanıb

Gürcüstanda 25 yaşlı azərbaycanlının üzərində psixotrop maddə aşkarlanıb
# 27 yanvar 2016 10:02 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstan polisinin Nazirliyinin Qardabani rayonunda həyata keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində 25 yaşlı azərbaycanlı gənc saxlanılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Qardabani rayonunun Qaçiani kənd sakini, əvvəllər məhkumluq həyatı yaşamış 1991-ci il təvəllüdlü Elnur Q. adlı azərbaycanlının üzərində kağıza bükülmüş 0,38 qr "Bio" adlı psixotrop maddə aşkarlanıb.

Elnur Q. günahını boynuna alıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin II bəndinə əsasən (psixotrop maddənin qanunsuz alınması, istifadəsi və saxlanılması) cinayət işi qaldırılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR