Çində sərnişin avtobusunun yandırılması nəticəsində 17 nəfər ölüb

Çində sərnişin avtobusunun yandırılması nəticəsində 17 nəfər ölüb
# 05 yanvar 2016 14:23 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Çində sərnişin avtobusunun yandırılması nəticəsində 17 nəfər ölüb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə Çinin İnçuan şəhərində baş verib. Hadisə nəticəsində daha 32 nəfər xəsarət alıb. Yaralananların hamısı xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Polis avtobusun yanmasında təqsirli bilinən şəxsi saxlayıb. Bu, 33 yaşlı Ma Yonqpinqdir. Onun hadisəni mübahisə zəminində törətdiyi bildirilir. Hadisənin motivləri barədə ətraflı məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR