Soyğunçuluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

 Soyğunçuluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
# 06 yanvar 2016 08:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Vaqif Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə V. Novruzov 4 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan V. Novruzov məhkəmə zalında həbs olunub.


Qeyd edək ki, V. Novruzov Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR