Azərbaycanda muzdlu işçilərin əmək haqqı bir ildə 5%-dək artıb

Azərbaycanda muzdlu işçilərin əmək haqqı bir ildə 5%-dək artıb
# 16 dekabr 2015 07:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6% artaraq 462,0 manat təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əmək haqqı neft sektorunda 2119,0 manat, qeyri-neft sektorunda 421,7 manat təşkil edib. Eyni zamanda, əmək haqqı dövlət sektorunda 357,2 manat, özəl sektorunda isə 608,2 manat olub.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR